Qaribaşvili Paşinyana Ərdoğanın hansısa mesajını çatdırıbmı? - DETALLAR

Qaribaşvili Paşinyana Ərdoğanın hansısa mesajını çatdırıbmı? - DETALLAR

Hazırda oxunan: Qaribaşvili Paşinyana Ərdoğanın hansısa mesajını çatdırıbmı? - DETALLAR

41076

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Ermənistana işgüzar səfəri diqqətdən yayınmayıb. Tərəflər səfərin başladığı haqda qısaca elan verdilər. Daha sonra nəyin müzakirə edildiyi, nəyə qərar verildiyi və dünən Tsirani restoranında Paşinyanın Qaribaşvili ilə nəyi qeyd etdikləri məlum deyil. İki ölkə hökumətinin mətbuat xidmətləri susmağa qərar verib.

Bizim.Media “ru.yerevan.today” saytına istiandən xəbər verir ki, bu barədə politoloq Qrant Melik-Şahnazaryan öz Facebook səhifəsində yazıb.

"Bu arada cənab Qaribaşvilinin səfəri çox məzmunlu olmalı idi. Birincisi, nəhayət, Ərdoğandan hansısa mesajı Paşinyana çatdırdımı, yoxsa bununla bağlı bir xəbər yoxdur.

İkincisi, daha vacib sual yeni "3 + 3" regional əməkdaşlıq layihəsinin perspektivləri ilə bağlıdır. Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri üç gün əvvəl bildirib ki, Rusiya ilə bu formatda əməkdaşlıq etmək asan olmayacaq, amma bu lazımdır. Bu, nə üçün lazımdır? Kimin buna daha çox ehtiyacı var: Gürcüstan yoxsa Türkiyə? Bu layihədən həqiqi faydalanan kimdir? 

Gürcüstanın da yer aldığı Türkiyə-Azərbaycan tandemi Ermənistan-Azərbaycan danışıqları üçün yeni bir platforma yaratmağa çalışır. Qaribaşvili, deyəsən, bu yükü məmnuniyyətlə öz üzərinə götürüb. Türkiyə, Azərbaycan və Ermənistan hakimiyyəti ilə fəal ünsiyyət qurur və görünür, artıq hamının etimadını qazanmağı bacarıb.

Üçüncüsü, mümkün problem İranın təşəbbüsü ilə Ermənistan ərazisindən keçməli olan "Fars körfəzi - Qara dəniz" nəqliyyat dəhlizidir. Bu məsələdə Gürcüstanın mövqeyi necədir? Bu mövzuda aydınlıq varmı? Rəsmi Tbilisi bu layihə ilə bağlı təkcə Türkiyə-Azərbaycan təzyiqlərinə deyil, Qərbin təzyiqlərinə də tab gətirə biləcəkmi?

Ermənistan və Gürcüstan hökumətləri bütün bu məsələlərdə müəmmalı şəkildə susmağa davam edirlər. Yalnız bir-birinə tost deyir və xoş arzular diləyirlər. Bölgə hazırda böyük dəyişikliklər dövrü yaşayır.

Gürcüstan bütün bunlarda mühüm rol oynayır. Qərarların və proseslərin gedişi barədə ictimaiyyətə nə vaxt məlumat veriləcəyi bəlli deyil.

Sabah, 12 oktyabrda Nikol Paşinyan Moskvada Vladimir Putinlə görüşəcək, lakin gözlənildiyi kimi, hələlik gündəm məlum deyil”, - deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO