Qarabağdan dönən əsgərlər arasında intihar artıb - ERMƏNİSTANDA 

Qarabağdan dönən əsgərlər arasında intihar artıb - ERMƏNİSTANDA 

Hazırda oxunan: Qarabağdan dönən əsgərlər arasında intihar artıb - ERMƏNİSTANDA 

4100

Erməni cəmiyyətində Qarabağ qarabasması yaşanır. Ermənistanın “Sputnik Armenia” saytı Qarabağ müharibəsindən qayıdan əsgərlərin psixoloji gərginliklərindən, onların cəmiyyət üçün nə dərəcədə təhlükəli olduqları haqqında araşdırma yazı dərc edib.

Məlum məsələdir ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistan bütün sahələrdə tənəzzül yaşayır, lakin müharibənin vurduğu zədələr bununla da bitmir. 

Saytın qeyd etdiyi kimi, müharibədən qayıdan əsgərlərdə  psixoloji travmalar müşahidə olunur. Bundan başqa göründüyü kimi Ermənistanda “Qarabağ sindromu” xofu yaşanır. Çünki, illərlə məğlubedilməz Erməni ordusunun fövqaltəbii mifi darmadağın edilib.

Uduzan tərəf olaraq, ermənilərdə bu sindromun yaranmasında qeyri-adi bir şey yoxdur. Nəşr yazır:

“Müharibədən qayıdan əsgərlərdə özünü cəmiyyətdən təcrid etmək, özünəqapanma, hallusinasiyalar müşahidə olunur. Bu bəzi hallarda  intihar həddinə qədər gətirib çıxarır”.

Göründüyü kimi uduzan erməni cəmiyyəti bu gün bir neçə sahədə acınacaqlı vəziyyətdədir. Onlar bu dəqiqə qorxu və kabus içindədirlər. Ölkədə yaranan “Qarabağ xofu” onların yaxasından hələ uzun müddət  əl çəkməyəcək. Bu da ölkədə kriminal hadisələrin artmasına gətirib çıxaracaq.

Belə bir şərait də Ermənistanın inkişaf etməsi prosesini ləngidəcək.
Bu gün erməni cəmiyyətinin tənəzzülünün  səbəbkarı birbaşa özləridir. Görüntüdə məğlubedilməz ordu mifini yaradan ermənilər əslində həqiqi türk mübarizliyinə bələddirlər. Lakin bu qorxacaq millət sonunda qalib tərəfin onların olmadığını bilərək, hər zaman türk səbrinə arxalanıb. Etdikləri əməllərin cəzasız qalacağına özlərinə inandırmağa çalışıblar.

Zamanında Ermənistanın keçmiş prezidenti Ter-Petrosyan boşuna ermənilərə BMT-nin qətnamələrinin icra etməyə, Qarabağ ətrafında olan 7 rayonu Azərbaycana qaytarmağı təklif etməmişdi. Qarabağ klanının nümayəndəsi olan Sarkisyan türkün səbrinə, gücünə bələd idi. Azərbaycanlıların 30 il dolan səbr kasası, bir gün neft kimi fontan vurub daşacaqdı...

Nəşr mütəxəssislərin bu psixoloji Qarabağ sindromunun təkcə əsgərlərdə deyil, ölkədə yaşayan uşaqlar, qocalar və qadınlarda da yarandığını yazırlar. Ölkədə hakimiyyətin səriştəsiz idarəçiliyi, özbaşınalığı da bu prosesin sürətləndirir.

Bundan başqa orduda daha bir  xaotik proses geniş vüsət alıb. Geri qayıdan əsgərlər özləri ilə hərbi hissədən silah oğrayıb aparırlar. Məlumat “Sputnik Armenia”nın yaydığı informasiyada öz əksini tapıb.

Belə ki, geri qayıdan əsgərlərin avtomobillərində axtarış keçirən zaman külli miqdarda silah ələ keçirilib. Bu isə bir müddətdən sonra ölkədə silahlı qarşıdurmaların artacağını, kriminal hadisələrin isə geniş vüsət alacağının xəbərçisidir. İstər siyasi, istərsə də iqtisadi proseslərdən də göründüyü kimi Ermənistan hələ uzun müddət dünyada öz tənəzzülünü yaşayan bir ölkə kimi tanınacaq.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO