“Kreml rus dilinə Qarabağda ikinci dövlət dili statusu verilməsini alqışlayır və onun daha da yayılmasına kömək etməyə hazırdır”
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov bildirib ki, rus dili əlverişli ünsiyyət dilidir.
"Rus dili hər halda Qarabağda istifadə olunur, Ermənistanda da istifadə edilir, Azərbaycanda da rusca danışılır. Keçmiş Sovet İttifaqı məkanı da daxil olmaqla dünyanın bir çox yerində işlənilir. Rus dilin əlverişli ünsiyyət dili olduğunu deyirlər və bu dil hələ də öyrənilməkdədir”.
Peskov əlavə edib ki, rus dilinin yayılmasına töhfə verməyə və bilim səviyyəsini qorumağa hazırıq və bunu vəzifəmiz hesab edirik.
O, Rusiyanın Ermənistan və Azərbaycanda rus dilinin ikinci dövlət dilinə çevrilməsini təklif etmədiyini vurğulayıb. Bunu ölkələrin daxili işi olduğunu söyləyib:
"Bu danışıqlar mövzusu deyil, bu həm Azərbaycanda, həm də Ermənistanda rusca danışılmasının faktiki vəziyyətidir",- deyə Peskov əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Region
13:42 / 02.12.2020
Kreml: “ Qarabağda rus dilinin dövlət dili olması ilə bağlı təklif verməmişik”
Hazırda oxunan: Kreml: “ Qarabağda rus dilinin dövlət dili olması ilə bağlı təklif verməmişik”
Hazırda oxunan: Kreml: “ Qarabağda rus dilinin dövlət dili olması ilə bağlı təklif verməmişik”
4082
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.