Gürcüstanın “Vahid Milli Hərəkat” müxalif partiyası həbsdə olan sabiq prezident Mixail Saakaşviliyə dəstək məqsədilə və növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı yaxın günlərdə Tbilisidə genişmiqyaslı aksiya keçirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə partiyanın üzvü Levan Xabeişvili partiyanın Siyasi Şurasının iclasından sonra deyib.
MÖVZU İLƏ BAĞLI:
ABŞ-lı diplomat Saakaşvili və Qaribaşvilini “zəhər” adlandırdı – FOTO
“Yaxın günlərdə Tbilisidə genişmiqyaslı aksiya olacaq. Ölkə daxilində vətəndaşlarımızı iki əsas tələb ətrafında səfərbər etməyə başlayırıq:
Mixail Saakaşvilinin azad edilməsi və növbədənkənar seçkilərin keçirilməsi. Biz ikinci turda qələbə uğrunda mübarizə aparacağıq”, - deyə Xabieşvili bildirib.
Bizim.Media