Ermənistan yeni atom elektrik stansiyası tikəcək?

Ermənistan yeni atom elektrik stansiyası tikəcək?

Hazırda oxunan: Ermənistan yeni atom elektrik stansiyası tikəcək?

40460

Ermənistan hökuməti yeni atom elektrik stansiyasının inşası üçün Rusiyanın mədən şirkəti olan "Geopromining"lə danışıqlar aparır.

Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyi məlumat verib.

Bildirilir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.

"Mis əritmə zavodunun inşası üçün investisiya öhdəlikləri götürən "Geopromining" şirkəti ilə yeni atom elektrik stansiyasının inşası üçün danışıqlara başladıq. Əlbəttə, hökumətin bu prosesdə iştirakı aktiv olmalıdır, çünki atom elektrik stansiyası tamamilə şəxsi təşəbbüs ola bilməz", - Paşinyan deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Müharibə Ermənistan iqtisadiyyatını çökdürüb – Dünya Bankı 


Ermənistanın Baş naziri əlavə edib ki, mis əritmə zavodu və yeni nüvə elektrik stansiyasının inşasına 2025-ci ilin iyun ayından əvvəl başlanacaq.

Qeyd edək ki, hazırda Metsamor atom elektrik stansiyası Ermənistanda fəaliyyət göstərir. Bu ilin əvvəlində Avropa Komissiyası Ermənistanla tərəfdaşlıq sazişinin 2020-ci ildə icra olunmasına dair hesabatında qeyd edib ki, Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası (AES) quruluşuna görə nüvə təhlükəsizliyinə dair beynəlxalq standartlara uyğun yenidən qurula bilmədiyinə görə ən tez bir vaxtda bağlanılmalıdır.

Bu səbəbdən də Metsamor AES-in bağlanmasına dair yol xəritəsinin tezliklə yaradılmasının vacibliyi qeyd olunur.
 

Metsamor Atom Elektrik Stansiyası 1976-cı ildən fəaliyyət göstərən və artıq texnoloji cəhətdən ifrat köhnəlmiş Metsamor AES 1988-ci ildə baş vermiş güclü zəlzələdən sonra bağlanıb, 1995-ci ildə isə beynəlxalq birliyin ciddi tənqid və etirazlarına baxmayaraq, yenidən işə salınıb.


Hazırda stansiyanın gücü artırılsa da, təhlükəsizlik qaydalarına əməl olunmur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO