Rusiya MN: ''Rusiya-Türkiyə birgə mərkəzində hərbçilərin sayı eyni olacaq''

Rusiya MN: ''Rusiya-Türkiyə birgə mərkəzində hərbçilərin sayı eyni olacaq''

Hazırda oxunan: Rusiya MN: ''Rusiya-Türkiyə birgə mərkəzində hərbçilərin sayı eyni olacaq''

4014

"Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarətlə bağlı birgə mərkəz barədə razılığa gəlib”.

Bizim.Media-nın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, birgə mərkəzin şəxsi heyəti iki ölkədən bərabər həcmdə olacaq:

"Rusiya Müdafiə Nazirliyi və Türkiyənin Milli Müdafiə Nazirliyi arasında noyabrın 11-də imzalanan memoranduma əsasən, atəşkəsə nəzarətlə bağlı Birgə Rusiya-Türkiyə mərkəzinin yerləşdirilməsi və idarə edilməsinə dair razılıq əldə edilib.

Mərkəz Azərbaycan ərazisində yerləşəcək. Birgə mərkəzin təşkilat strukturunda Rusiya və Türkiyə hərbçilərinin sayı bərabər olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO