Saakaşvili artıq “zona”da məhbus sayılır – Prokurorluqdan AÇIQLAMA

Saakaşvili artıq “zona”da məhbus sayılır – Prokurorluqdan AÇIQLAMA

Hazırda oxunan: Saakaşvili artıq “zona”da məhbus sayılır – Prokurorluqdan AÇIQLAMA

39941

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili artıq vətənində iki cinayət işi üzrə məhkum olunub. Prokurorluq sərhədləri qanunsuz keçmə hadisəsi ilə əlaqədar ona yeni ittiham irəli sürülməsinə ehtiyac görmür. 

Bizim.Media xəbər verir ki, bu barədə bazar günü nəzarət orqanının mətbuat xidmətinin əməkdaşı TASS -a müsahibəsində bildirib.

"Mixail Saakaşvili artıq məhkum edilib. Onun barəsində cinayət işləri var. Buna görə də həbs edilib və cəzaçəkmə müəssisəsindədir. Sərhəd keçmə işinə gəlincə, bununla bağlı lazım olsa sonra ittiham irəli sürəcəyik”, - prokurorluğun mətbuat xidmətinin əməkdaşı bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Saakaşvilini evində saxlayan şəxs HƏBS OLUNDU 


Qeyd edək ki, cümə günü saxlanılan keçmiş prezident Mixail Saakaşvili Gürcüstanda 9 il həbs cəzasına məhkum edilib.

Prokurorluğun məlumatına görə, Gürcüstanda Saakaşvili bankir Sandro Girgvlianinin öldürülməsi və deputat Valeri Gelaşvilinin döyülməsi işində qiyabi məhkum edilib.

Birinci halda, o, 3 il, ikinci halda 6 il azadlıqdan məhrum edilib.

Bundan əlavə, Saakaşvili 7 noyabr 2007-ci ildə müxalifətin mitinqinin dağıdılması, “İmedi” telekanalına hücum işlərində iştirak edib və dövlət büdcəsindən vəsaitləri mənimsəyib. Bu işlərə də məhkəmə baxır, hələlik heç bir hökm verilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO