Seçkilər azad və ədalətli keçib.
Bizim.Media “SputnikGeorgia” nəşrinə istinadən xəbər verir ki, GUAM müşahidəçiləri Gürcüstandakı seçki prosesini belə qiymətləndiriblər.
MÖVZU İLƏ BAĞLI:
Saakaşvilinin partiyası seçkilərdə məğlub olur - NƏTİCƏLƏR
"Seçkilər sakit və nizamlı şəkildə, rəqabət əsasında təşkil edildi və keçirildi. Təyin edilmiş səsvermə prosedurlarına ciddi riayət edildi. Nəticədə hər şey şəffaf oldu", - məlumatda deyilir.
Müşahidə olunan seçki məntəqələrində seçici fəallığının nisbətən yüksək olduğu vurğulanır.
Xatırladaq ki, müşahidəçi qrupunda Azərbaycanı parlamentin üzvü Cavid Osmanov və GUAM-ın baş katibi Altay Əfəndiyev təmsil edib.
Bizim.Media