Gürcüstanda hakim olan "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası yerli seçkilərdə proporsional siyahılarla 48,56%, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin qurduğu müxalif “Vahid Milli Hərəkat” isə 31,23% səs toplayıb.
Bizim.Media xəbər verir ki, bunu MSK-nın 38,63% seçki məntəqələrindən səslərin hesablanmasından sonra verdiyi məlumatlar sübut edir.
Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, üçüncü yeri 6,87% səs toplayan keçmiş baş nazir Giorgi Qaxariyanın "Gürcüstan naminə" partiyası tutur.
MÖVZU İLƏ BAĞLI:
Saakaşvilini evində saxlayan şəxs HƏBS OLUNDU
Tbilisi meri seçkilərinə gəlincə, seçki məntəqələrinin 41,61% -nin səsləri işləndikdən sonra, şəhərin hazırkı başçısı Kaxa Kaladze 45,5% səs toplayaraq öndədir.
Onun əsas rəqibi müxalifət lideri Niki Meliadır: 34,13%. Qaxariya 8,97% səslə üçüncü yerdədir.
Bütün seçki məntəqələrinin məlumatlarını saydıqdan sonra namizədlərdən heç biri 50%-dən çox səs toplaya bilməsə, paytaxtda iki əsas namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.
Bizim.Media