Ermənilər özbaşına sərhəd yaradırlar - VİDEO

Ermənilər özbaşına sərhəd yaradırlar - VİDEO

Hazırda oxunan: Ermənilər özbaşına sərhəd yaradırlar - VİDEO

3989

Ermənilər Sünik vilayətinin (Qafan, Sisiyan, Meğri, Gorus rayonları – red.) Tandzaver kəndindəki  mövqelərini özbaşına şəkildə möhkəmlədirlər.

Bizim.Media xəbər verir ki, bu barədə “News.arm” sujet hazırlayıb. 
Sujetdən də göründüyü kimi özfəaliyyət erməni dəstələri bu ərazidə səngər qazaraq, özbaşına saxta sərhəd postu qurublar.

Qeyd edək ki, bu mövqe Azərbaycanın Zəngilan və Qubadlı kəndləri ilə həmsərhəddir. Hündürlükdə yerləşən saxta postdan Azərbaycan kəndlərini nəzarətdə saxlamaq çox asandır. Nəzərə alsaq ki, qonşu dövlətlər arasında sərhəd postları, hər iki ölkənin razılığı əsasında təyin edilir, onda bu postun qeyri-qanuni əsaslarla inşa edildiyi gün işiğı kimi aydındır.

Sujetdə ən maraqlı və gülünc vəziyyət isə, ermənilərin mövqedə növbətçi olmaq üçün həm insan resusrsları, həm də silahların çatışmazlığından şikayət etməkləri olub.

Əsgərlərdən biri qeyd edir: “Növbətçi olmaqdan şikayət etmirik. Lakin bunun üçün canlı qüvvəmiz yoxdur. Dövlət bizə 1963-cü ildə istehsal olunan avtomatlar verib, pis deyil çalışırlar. (gülür) Bundan başqa xaricdə yaşayan ermənilər bizi, gecə və uzaqdan mövqeləri görmək üçün aparatlarla təmin ediblər,- deyə, ermənilər bildirib.

Göründüyü kimi, bu gün ermənilərin özünümüdafiə etməyə nə canlı qüvvələri, nə də silahları yetərlidir. İqtisadiyyat sahəsində çökmək üzərə olan dövlətdə, hərbi sahədə də xaos, özbaşınalıq hökm sürür.

Vüsalə Balayeva, Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO