Saakaşvilini hava limanında minlərlə insan qarşılayacaq - AÇIQLAMA

Saakaşvilini hava limanında minlərlə insan qarşılayacaq - AÇIQLAMA

Hazırda oxunan: Saakaşvilini hava limanında minlərlə insan qarşılayacaq - AÇIQLAMA

39564

"Mixeil Saakaşvilinin ölkəyə qayıtması üçün yaradılan xalq hərəkatına 104 min nəfərdən çox insan imzalayıb".

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı informasiya yayıb.

Sözügedən hərəkatın təşəbbüskarı, həmçinin müxalif “Qanun və ədalət” Partiyasının sədri Tako Çarkvianinin sözlərinə görə həmin şəxslərin yarısı M.Saakaşvilini hava limanında qarşılamağa gedəcək:
 

MÖVZU İLƏ BAĞLI:

İrakli Qaribaşvili: “Saakaşvili gələn kimi həbsxanaya gedəcək"


"Hamı bilməlidir ki, Gürcüstana adi bir insan gəlmir, Saakaşvili ciddi bir siyasi fiqurdur. Buna görə də Daxili İşlər Nazirinin və Baş nazirin bunu nə dərəcədə dərk etməsi ilə maraqlanıram və mən onlara təyyarənin normal şəkildə enməsini, bu zaman isə onlar tərəfindən sakitçiliyin təmin edilməsini təklif edirəm.

Çünki Saakaşvilinin yarım milyondan çox seçicisi var, onlar küçəyə çıxacaqlar və bu işə rəsmilər adi bir hadisə kimimi baxır? Onlar ölkədə vətəndaş qarşıdurmasımı hazırlayır? Mən bu cür hakimiyyət görməmişəm", - deyə M. Çarkviani bildirib.
 

Partiya sədrinin sözlərinə görə, eks-prezidentin Gürcüstana dinc şəraitdə dönməsi ilə bağlı ölkədə akkreditə olunan bütün diplomatlara, həmçinin Avropa İttifaqı və ATƏT-ə müraciət olunub.


Sənəddə M.Saakaşviliyə qarşı Avropa Konvensiyasının ədalətli məhkəmə baxışını nəzərdə tutan 6-cı maddəsinin tətbiqi tələb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO