Türkiyəyə yenə rusiyalı turistlər gələcəkmi? – Ərdoğan açıqladı

Türkiyəyə yenə rusiyalı turistlər gələcəkmi? – Ərdoğan açıqladı

Hazırda oxunan: Türkiyəyə yenə rusiyalı turistlər gələcəkmi? – Ərdoğan açıqladı

39346

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan pandemiya dövründə Türkiyəni istirahət yeri olaraq seçən rusiyalılara təşəkkür edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan: “Suriyada sülh Türkiyə-Rusiya münasibətlərindən asılıdır”


"Xüsusilə turizm baxımından minnətdarlığımı bildirmək istərdim ki, ölkəmizə də dəstək verdiniz. Rusiya vətəndaşlarının, rusların bu müddətdə ölkəmizdə istirahət etməyi üstün tutduqları üçün də minnətdarıq". Ərdoğan bu sözləri Prezident Vladimir Putinlə çərşənbə günü Soçidə görüşü zamanı deyib.

Danışıqlar zamanı Putin və Ərdoğan ikitərəfli münasibətləri və regional problemləri - Suriya, Liviya, Əfqanıstan və Qafqazdakı vəziyyəti müzakirə ediblər. Putin üçün bu, karantinə girəndən bəri ilk ictimai üz-üzə görüşdür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO