Soçi şəhərinin meri Aleksey Kopayqorodski deyib ki, Soçidən birbaşa dəniz bərəsi ilə Türkiyəyə getmək mümkün olacaq.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.
"Bərə xidmətlərinin bərpası layihəsi, əlbəttə ki, kurortun inkişafı üçün vacibdir. Onun həyata keçirilməsi Soçi üçün faydalıdır", - deyə o yazıb. - "Türkiyəyə gediş -gəliş marşrutları da müzakirə olunur. Bu, nəinki sakinlərin və qonaqların asudə vaxtlarını şaxələndirəcək, həm də şəhərdə yeni iş yerləri açacaq”.
MÖVZU İLƏ BAĞLI:
Putin Ərdoğanla Soçidə hansı formatda söhbət aparacaq? – Rəsmi AÇIQLAMA
Eyni zamanda, şəhər meri bildirib ki, texniki baxımdan Soçi belə bir qarşılıqlı əlaqə formasına tamamilə hazırdır.
Turizm səfərləri ilə yanaşı, meriya ticarət və işgüzar əlaqələri, xüsusən də Türkiyədən məhsulların daşınmasını bərpa etməyi planlaşdırır.
Kopaygorodskinin sözlərinə görə, meyvə və tərəvəzlərin dəniz yolu ilə çatdırılması əlavə olaraq Soçinin magistral yollarındakı yükünü azaldır.
Bizim.Media