Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçiriləcək.
Bizim.Media “TRTHaber”ə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərində keçiriləcək görüşdə iştirak etmək üçün bu ölkəyə səfərə yola düşüb.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan Soçi görüşünə hansı təkliflə gəlir? - Oleq Kuznetsovdan ÖZƏL AÇIQLAMA
Prezidentlər təkbətək görüşəcək və Suriyadakı vəziyyəti müzakirə edəcək.
Son 3 ildə İdlib əyaləti Türkiyə ilə Rusiya arasında əlaqələrin ən kritik məsələsidir. Bu məsələ Soçi görüşündə yenidən müzakirə ediləcək.
Sammitdə regional və qlobal məsələlər, o cümlədən Liviya və Əfqanıstandakı vəziyyəti müzakirə olunacaq, Türkiyə-Rusiya əlaqələri nəzərədən keçiriləcək.
Bizim.Media