Peskov “DXR” və “LXR” sakinlərini

Peskov “DXR” və “LXR” sakinlərini "ukraynalılar" adlandırdı

Hazırda oxunan: Peskov “DXR” və “LXR” sakinlərini "ukraynalılar" adlandırdı

38815

Donbasdakı münaqişə Ukrayna daxilindəki bir münaqişədir, bunu yalnız tərəflər arasında danışıqlar yolu ilə həll etmək olar.

Bizim.Media xəbər verir ki, bunu "Moskva. Krem. Putin” proqramında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, qeyd edib ki, bəzi qüvvələr vəziyyəti digər səmtə çevirməyə çalışırlar, sanki münaqişə tərəfləri Ukrayna və Rusiyadır.
 

MÖVZU İLƏ BAĞLI:

“Putin və Ərdoğan arasında etibarlı münasibətlər var” – PESKOV


"Axı bu, Ukrayna daxili münaqişəsidir. Əlbəttə ki, yalnız o halda həll oluna bilər ki, oradakı ukraynalılar bir-biri ilə danışmağa başlasınlar”. “mk.ru” saytı Kremlin sözçüsündən sitat gətirib.

Peskov onu da bildirib ki, Minsk razılaşmaları ilə bağlı vəziyyət Kiyevin günahı ucbatından çıxılmaz vəziyyətə düşüb.

İndi rusiyalı siyasətçilər prosesi canlandırmağa çalışırlar, lakin Ukrayna tərəfinin mövqeyi ilə bağlı çətinliklər var:

“Putin həmçinin hesab edir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin ona ünvanladığı fikirlər Rusiya liderini incitmir. Əksinə, bu, yalnız təəssüf hissi doğurur”, deyə Peskov yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO