Ermənistan XİN ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında görüşün detallarını AÇIQLADI

Ermənistan XİN ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında görüşün detallarını AÇIQLADI

Hazırda oxunan: Ermənistan XİN ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında görüşün detallarını AÇIQLADI

38716

“Ermənistan sülh prosesini bərpa etməyə hazırdır”. 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Məlumata görə, Ermənistan XİN rəhbəri BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. 
 

MÖVZU İLƏ BAĞLI:

ATƏT-dən Azərbaycan və Ermənistan XİN başçılarının görüşü barədə AÇIQLAMA 


Tərəflər regionda sabitlik və təhlükəsizlik üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında sülh prosesinin bərpasının vacibliyini vurğulayıblar. 

Qeyd olunub ki, Mirzoyan Ermənistanın birgə bəyanatları dəstəklədiyini ifadə edib. 

Görüşdə Ermənistan XİN başçısı Ermənistan tərəfinin ATƏT-in Minsk Qrupunun həmsədrliyi ilə Qarabağla bağlı sülh prosesini bərpa etməyə hazır olduğunu bildirib.  

Tərəflər bölgədəki vəziyyətin gərginləşməsinə yönəlmiş addımların Azərbaycanda saxlanılan erməni əsirlərin qeyd-şərtsiz vətənlərinə qaytarılmasının vacibliyini də qeyd ediblər. Həmsədrlər problemlərin hərtərəfli həlli yolları istiqamətində mandatlarına uyğun işləməyə davam edəcəklərini bildiriblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO