Ermənistanda sabiq rəisə cinayət işi açıldı - TƏFƏRRÜATLAR

Ermənistanda sabiq rəisə cinayət işi açıldı - TƏFƏRRÜATLAR

Hazırda oxunan: Ermənistanda sabiq rəisə cinayət işi açıldı - TƏFƏRRÜATLAR

38706

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Silahlı Qüvvələrin Aviasiya İdarəsinin keçmiş rəisinə qarşı cinayət işi açıb. 

Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, yararsız vəziyyətə düşmüş və istifadə müddəti başa çatmış raketləri təchiz etməkdə ittiham olunur.
 

MÖVZU İLƏ BAĞLI:

ATƏT-dən Azərbaycan və Ermənistan XİN başçılarının görüşü barədə AÇIQLAMA 


MTX-nin məlumatından məlum olur ki, hələ 2011-ci ildə silah tədarük edən şirkətlərdən biri Müdafiə Nazirliyinə köçürmək məqsədilə aşağ qiymətə 1985-1991-ci illərdə istehsal olunan raketlər alıb. 

İstifadə müddəti bitdiyinə görə sursat qəbul edilməsə də, Müdafiə Nazirliyində saxlanılıb. Aviasiya idarəsinin rəisi bir qrup məmurla birlikdə saxta sənədlər vasitəsilə bu raketləri bazar qiymətindən baha qiymətə - 1 100 ABŞ dollarına hərbi şöbəyə satıb.

Ordunun zəruri ehtiyaclarına baxmayaraq, aviasiya idarəsinin rəisi bu raketlər üçün 5,6 milyon ABŞ dolları məbləğində müqavilə imzalayaraq ərizə təqdim edib. 

Cinayətdə iştirak edən şəxslərin bütün dairəsinin müəyyən edilməsi və dəymiş ziyanın bərpası üçün əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO