Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Ankara Opera və Balet Teatrında zəfər sərgisi təşkil edilib.
Bizim.Media xəbər verir ki, sərginin təşkilində məqsəd Azərbaycan həqiqətlərini nümayiş etdirməkdir.
Sərgidə noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Ağdam şəhərinə səfərlərini, eləcə də Ağdam məscidini ziyarətlərini, həmçinin Qarabağda doğulmuş görkəmli şəxsiyyətlərimizin, Azərbaycanın tarixi yerlərinin füsunkar təbiətini əks etdirən fotolar nümayiş olunur.
Bizim.Media