Gürcü analitikdən SAAKAŞVİLİYƏ – “Axşam belə bir söz söyləmədiyini bəyan edəcək”

Gürcü analitikdən SAAKAŞVİLİYƏ – “Axşam belə bir söz söyləmədiyini bəyan edəcək”

Hazırda oxunan: Gürcü analitikdən SAAKAŞVİLİYƏ – “Axşam belə bir söz söyləmədiyini bəyan edəcək”

38377

“Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili vədlərinə baxmayaraq vətənə qayıtmayacaq”.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Gürcüstanın Strategiya və İdarəetmə İnstitutunun rəhbəri, analitik Petr Mamradze açıqlayıb.

Onun sözlərinə görə Saakaşvilinin ölkəsinə qayıtması mümkün deyil:
 

MÖVZU İLƏ BAĞLI:

Saakaşvili Gürcüstana qayıdacağı vaxtı açıqladı: "Həbs olunmaqdan qorxmuram..." 


“Saakaşvili sonuncu dəfə ötən ilin oktyabrında yerli özünüidarə orqanlarına seçkilərlə bağlı vətənə qayıtmaq niyyətində olduğunu bildirmişdi. Gürcüstanda daxili axtarışa verilib və barəsində bir neçə cinayət işi üzrə istintaq aparılır.

Gürcüstan hakimiyyətinin nümayəndələri dəfələrlə Saakaşvilini sərhədi keçən kimi saxlayacaqlarını bəyan ediblər. Bu qayıdış müzakirə mövzusu deyil. Onu şəxsən tanıyaraq deyə bilərəm ki, bu psixopatın geri dönəcəyini istisna edirəm”. 

Analitik əlavə edib ki, Saakaşvili Avropa Parlamentinin nümayəndələri ilə görüşündə də heç bir yerə qayıtmayacağını açıq şəkildə bildirib. Saakaşvili deyə bilər ki, sabah Gürcüstanda olacaq. Amma axşam belə bir şey söyləmədiyini bəyan edəcək”, - deyə Mamradze bildirib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO