Rus sülhməramlıları erməniləri yenə Qarabağdakı monastıra gətirdi - VİDEO

Rus sülhməramlıları erməniləri yenə Qarabağdakı monastıra gətirdi - VİDEO

Hazırda oxunan: Rus sülhməramlıları erməniləri yenə Qarabağdakı monastıra gətirdi - VİDEO

38103

Qarabağda müvəqqəti yerləşən rus sülhməramlı kontingentinin əsgərləri Ermənistandan gələn 100-ə yaxın zəvvarın Amaras monastırına təhlükəsiz ziyarətini təmin ediblər. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xocavənd bölgəsindəki demarkasiya xəttinin yaxınlığında yerləşən ziyarətgahı bir çox ölkələrdən zəvvarlar ziyarət edir.

"Biz Ermənistandan gəlmişik. Həqiqətən gəlmək istəyirdik, amma qorxurduq. Sülhməramlılara təşəkkür edirəm ki, bura rahat gələ bildik. Sülhməramlılar bizə çox hörmətlə yanaşırlar. Onlar öz vəzifələrini yerinə yetirirlər. Çox səxavətlidirlər", dindarlardan biri Qayane Mxitaryan belə deyib.

"Rusiya sülhməramlıları Amaras monastır kompleksinə gələn zəvvarların təhlükəsizliyini təmin edir. Bu ziyarətgah təmas xəttinin yaxınlığında yerləşdiyindən sülhməramlıların iştirakı zəruridir", - deyə Rusiya sülhməramlı kontingentinin sözçüsü Aleksandr Korolyov bildirib.

Xatırladaq ki, Amaras monastırı Xocavənd rayonunun Sos kəndi ərazisində yerləşən xristian monastırıdır.

Monastır Qafqaz Albaniyasında erkən xristianlıq dövründən Alban Həvari Kilsəsinin ləğv edilməsinə kimi ziyarət edilmiş ən müqəddəs məbədlərdən biri olmaqla, yaxın vaxtlara kimi yerləşdiyi ərazinin həm xristian, həm də müsəlman əhalisi tərəfindən müqəddəs hesab edilib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO