Belarus Prezidenti Aleksandr Lukaşenko yeni konstitusiyanın qəbulundan sonra prezident olmayacağını bildirib.
Bizim.Media-nın Belta-ya istinadən verdiyi xəbərə görə, bu barədə Belarus prezidenti Minskdə 6 nömrəli klinik xəstəxananın heyəti ilə görüşü zamanı deyib.
“Mən özüm üçün konstitusiya hazırlamıram. Yeni konstitusiya ilə mən artıq sizinlə prezident kimi çalışmayacağam. Ona görə də sakit olun və səbrlə gözləyin”, - deyə Lukaşenko bildirib.
Prezident qeyd edib ki, o, yeni konstitusiya qəbul edilərkən kiminsə bu prosesi saxtalaşdırmasına və ya qəbul olunacaq konstitusiya ilə yeni seçkilərin keçirilməsinə əsla icazə verilməyəcək:
“Hətta bunun istədiyim kimi olmayacağını bilsəm də bu baş verəcək. Niyə? Çünki Belarus xalqı üzləşməli olduğu ilə üzləşməlidir. Bu indi müharibəsiz daha yaxşıdır, sonradan müharibə ilə bu baş verərsə, daha pisdir”.
Bizim.Media
- A-
- A
- A+
Region
17:43 / 27.11.2020
Lukaşenko: «Konstitusiyanın qəbulundan sonra prezident olmayacam»
Hazırda oxunan: Lukaşenko: «Konstitusiyanın qəbulundan sonra prezident olmayacam»
Hazırda oxunan: Lukaşenko: «Konstitusiyanın qəbulundan sonra prezident olmayacam»
3678
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.