Rusiyadan Moldovaya mesaj - Sülhməramlıların Dnestryanı bölgədən çıxarılmasına çox var

Rusiyadan Moldovaya mesaj - Sülhməramlıların Dnestryanı bölgədən çıxarılmasına çox var

Hazırda oxunan: Rusiyadan Moldovaya mesaj - Sülhməramlıların Dnestryanı bölgədən çıxarılmasına çox var

3665

“Moldovanın yeni Prezidenti Maya Sandunun Dnestryanıdan Rusiya qoşunlarını  çıxartmaq niyyətində olması sülh yolu ilə nizamlanma səylərini pozmağa istiqamətlənib”.

Bizim.Media-nın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Biz bu bəyanata Dnestryanı probleminin sülh yolu ilə nizamlanması səylərini pozmaq məqsədi kimi baxırıq. Sülhməramlı əməliyyatın mandatı orada iştirak müddətimizi münaqişənin həlli ilə bağlı siyasi razılaşma əldə olunana qədər dəqiq göstərir. Hələ buna çox var”.

Zaxarova Dnestryanı bölgədəki  25 illik sabitliyi Rusiya  sülhməramlılarının orada  olması ilə əlaqələndirib:

O deyib ki, rus hərbçilərinin varlığı hərbi əmlak anbarlarını qorumaq zərurəti ilə də izah olunur. Bu mövzuda ajiotaj yaratmaq  isə yersizdir:

“ATƏT-in Nazirlər Şurasının 2002-ci ildə Portudakı sənədlərində göstərildiyi kimi müvafiq şərtlər nəzərə alınaraq bu istiqamətdə praktik addımlardan danışmaq mümkün olacaq. Xatırladım ki, 2003-cü ilə qədər bu cür şərtlər mövcud olduğu müddətdə sursat və hərbi texnika olan 42 dəmir yolu qatarları çıxarılıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO