Qarabağda erməni diasporunun pulları necə oğurlanır? – ŞOK DETALLAR

Qarabağda erməni diasporunun pulları necə oğurlanır? – ŞOK DETALLAR

Hazırda oxunan: Qarabağda erməni diasporunun pulları necə oğurlanır? – ŞOK DETALLAR

36572

Ağdərə rayonunun Vəng kəndində anadan olan tanınmış moskvalı xeyriyyəçi, iş adamı Levon Ayrapetyan Qarabağın işğalı zamanı çoxsaylı xeyriyyə aksiyaları keçirib. 

Bizim.Media xəbər verir ki, bu haqda erməni mətbuatı yazıb. Sonradan məlum olub ki, iş adamının ayırdığı vəsaitin böyük hissəsi separatçıların bandit rejimi tərəfindən mənimsənilib. 

Qalmaqal yüksək rezonans doğurub. Dələduzluqda günahlandırılan Ayrapetyanın Rusiyadakı işi də müzakirə obyekti olub. 

Rusiya məhkəməsi Ayrapetyanın rusiyalı keçmiş senatorun anasına 700 min dollar atdığını sübut edib. Mordoviya həbsxanasında ölən dələduz bu pulun bir hissəsini xeyriyyə məqsədi ilə Qarabağ separatçılarına göndərib. Lakin separatçılar Ayrapetyanın özünü aldadıb.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni diasporunun maliyyə trafiki – Pullar kimin CİBİNƏ AXIR?


Məhkum xeyriyyəçi ölümünə qədər separatçıların oğurladığı pulu qaytarmağa çalışıb. Amma xeyirxah missiyasını başa vurmağa vaxt tapmayıb və ölüb.

Fırıldaqçı xeyriyyəçinin "işini" qızı davam etdirib. Erməni KİV-lərinin xəbər verdiyi kimi, Ayrapetyanın qızı saxta xeyriyyəçinin bir vaxta qədər onlarla müxtəlif tikinti texnikası alaraq Vəng kəndinə təhvil verdiyini bildirib. 

2020-ci ildə texnikanın Agdərədə müvəqqəti yaşayan Edgar Arutyunyan və Andrey Sarkisyan tərəfindən mənimsənildiyi ortaya çıxıb.

Bu insanlar texnikaları şəxsi ehtiyacları üçün istifadə ediblər və geri qaytarmaqdan imtina ediblər.
 

İndi qız Ermənistan hakimiyyətindən müdaxilə etməsini və mənimsənilən texnikanın geri qaytarılmasını xahiş edir. Ancaq Rusiyanın Qarabağdakı məsuliyyət bölgəsindəki erməni separatçılarının liderləri Ağdərədəki quldur ünsürləri ilə mübarizə aparmağa tələsmirlər.


Çünki bu zonada qarşılıqlı zəmanət sistemi mövcuddur və erməni jurnalistlərin araşdırmalarından sonra məlum olduğu kimi, investisiyaların cəlb edilməsi üçün yırtıcı sxemin arxasında separatçıların liderləri, xüsusən keçmiş "prezident" Bako Saakyan dayanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO