Azərbaycanla Ermənistan arasındakı 44 günlük müharibə zamanı Ermənistanın Hərbi Hava Qüvvələrinə məxsus dörd “Su-25” hücum təyyarəsi və bir helikopteri bu ölkənin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Bizim.Media bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumat Rusiyanın aparıcı təhlil mərkəzlərindən biri olan Strategiyalar və Texnologiyaların Təhlili Mərkəzinin (STTM) direktoru Ruslan Puxovun redaktəsi ilə Qarabağda 44 günlük hərbi əməliyyatlara dair təhlillərin cəmləşdiyi "Qafqazda Fırtına" adlı analitik məcmuədə öz əksini tapıb.
MÖVZU İLƏ BAĞLI:
7 aydır ki, morqda iylənən erməni meyitləri – YENİ VİDEO YAYILDI
Münaqişə zamanı Ermənistanın Hərbi Hava və Hava Hücumundan Müdafiə qüvvələri arasında koordinasiyanın zəif olduğu qeyd olunur.
Bu səbəbdən də, Ermənistanın dörd “Su-25” hücum təyyarəsi və “Mi-8” helikopteri ölkənin hərbçiləri tərəfindən vurulub. “Su-25” təyyarələrindən ikisi Vardenis üzərində, biri isə Qarabağda döyüş tapşırığını yerinə yetirib qayıdarkən məhv edilib.
Bizim.Media