“Mariya Zaxarova erməni politoloqunun yaxşı “payını” verib. Xatırladaq ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Rusiyanın rəsmi mövqeyini açıqlayır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiyanın "Milli Müdafiə" jurnalının baş redaktoru, politoloq İqor Korotçenko Rusiya XİN mətbuat katibinin “Azərbaycan vandalları tərəfindən Qarabağda Sovet əsgərlərinin abidələrinin dağıdılması" ilə əlaqədar Rusiya XİN-nin "susması" ilə bağlı erməni politoloqu Sarkis Tsaturyana verdiyi cavabını şərh edərkən yazıb.
MÖVZU İLƏ BAĞLI:
Zaxarova: “Rusiya Türkiyə və Ermənistanın yaxınlaşmasına hər cür kömək etməyə hazırdır” - VİDEO
Erməni politoloqun ittihamlarına fikir bildirən Mariya Zaxarova ona cavab olaraq bu sözləri yazıb:
"Hörmətli Sarkis. Avropa İttifaqı ölkələrində Sovet əsgərlərinin abidələrinin sökülməsi ilə bağlı ritorikamızı sonuncu dəfə nə vaxt dəstəkləmisiniz? Cavabım budur: heç vaxt. Qəbir və abidələrdə çoxlu erməni soyadları da var.
Biz Rusiyada abidələri ayırmırıq, onların hamısını qoruyub saxlayırıq. Sizin bu fikriniz şəxsi maraqlara uyğundur, yoxsa siyasi səbəblərə?"
Qeyd edək ki, Rusiya vətəndaşı olan erməni əsilli Sarkis Tsaturyan Qarabağ münaqişəsi zamanı Rusiyanı neytral mövqe sərgilədiyinə görə daim tənqid edib.
Vüsalə Balayeva, Bizim.Media