Rusiya Prezidenti Vladimir Putin dünən təlimlər zamanı həlak olmuş fövqəladə hallar naziri, ordu generalı Yevgeni Ziniçevə ad verib.
Bizim.Media xəbər verir ki, Kremlin rəsmi saytında yer alan məlumatda Yevgeni Ziniçev ölümündən sonra "Rusiya Qəhrəmanı" adına layiq görüldüyü qeyd olunub.
MÖVZU İLƏ BAĞLI:
Rusiyalı nazir məşhur kinorejissoru xilas etmək istəyərkən həlak olub – TƏFƏRRÜAT
Qeyd edək ki, Y.Ziniçev Norilskdə keçirilən təlimlər zamanı tanınmış kinorejissor A.Melniki xilas etməyə çalışarkən həlak olub.
Bizim.Media