3-cü doza nə qədər vacibdir? – Mütəxəssisdən AÇIQLAMA

3-cü doza nə qədər vacibdir? – Mütəxəssisdən AÇIQLAMA

Hazırda oxunan: 3-cü doza nə qədər vacibdir? – Mütəxəssisdən AÇIQLAMA

35839

"BioNTech"in həmtəsisçisi və baş direktoru professor Uğur Şahin, Modena Universitetinin immunologiya professoru, Stanford Universitetinin professoru Mark Davis vaksinlə bağlı keçirilən onlayn konfransa qatılıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Uğur Şahin konfransda yeni növ koronavirus ştammlarına qarşı hazırladıqları mRNA vaksininin laboratoriya nəticələri haqqında danışıb. 

Bundan əlavə Şahin il sonuna qədər istehsal etməyi planlaşdırdıqları vaksin miqdarını da açıqlayıb:

“2019-cu ildə peyvənd istehsalımız 10 min idi. Ortağımız "Pfizer" ilə ilin sonuna qədər 1 trilyon dozadan çox peyvənd istehsal edəcəyik. Bu, çox böyük bir artımdır”.

3-cü dozanın virusdan müdafiə gücü haqqında isə alim bu fikirləri səsləndirib:

“Ştammların zərərsizləşdirilməsini mütəmadi olaraq təhlil edirik.

"Delta" variantına qarşı qorunma antikor titrləri azalır. Amma hələ də xəstəliklərə qarşı güclü qorumamız var. Üçüncü dozadan sonra daha yüksək antikor titrləri meydana gəlir. Araşdırmalar göstərir ki, 3-cü dozada 95-97 faizi tam qorunma təmin edir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO