Türkiyə Prezidenti kitab yazdı: “Daha ədalətli dünya mümkündür”

Türkiyə Prezidenti kitab yazdı: “Daha ədalətli dünya mümkündür”

Hazırda oxunan: Türkiyə Prezidenti kitab yazdı: “Daha ədalətli dünya mümkündür”

35684

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsən yazdığı kitab sentyabrın 6-da oxuculara təqdim ediləcək.

Bizim.Media xəbər verir ki, bu barədə “Anadolu” agentliyi yazıb.

“Daha ədalətli dünya mümkündür” adlı kitabda Ərdoğan Türkiyənin bütün insanlıq üçün ədalət axtardığını izah edir.

Kitabda Türkiyə lideri qaçqın böhranı, beynəlxalq terrorizm və islam əleyhinə olan qlobal siyasət haqqında danışır.

Prezident Ərdoğan Birləşmiş Millətlər Təşkilatının legitimliyi, funksionallığı, effektivliyi və idarə edilməsi problemlərinə də diqqət çəkdiyi kitabda xüsusilə təşkiların Təhlükəsizlik Şurasında hərtərəfli islahatlara ehtiyac olduğunu vurğulayır.

“Ədalət bu gün dünyanın ən çox ehtiyac duyulan problemlərindən biridir.

Qlobal ədalətin bərqərar olmasından məsul olan qurumlar təəssüf ki, böyük bir ətalət içindədir”, - deyə Ərdoğan kitabda qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO