Gürcüstanda soydaşımızın körpəsi dəyişdirilib? - VİDEO

Gürcüstanda soydaşımızın körpəsi dəyişdirilib? - VİDEO

Hazırda oxunan: Gürcüstanda soydaşımızın körpəsi dəyişdirilib? - VİDEO

35520

Gürcüstanlı soydaşımız doğumdan sonra körpəsinin dəyişdirildiyini iddia edir. 

Bizim.Media xəbər verir ki, belə ki, soydaşlarımızın kompakt yaşadıqları Qardabani rayonunun Vaxtanqisi kənd sakini Sədiqə Məmmədova sentyabrın 1-də Mərkəzi Rustavi Doğum xəstəxanasında qeysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirib. 
 

Doğumdan sonra tibb işçiləri ailə üzvlərinə körpənin oğlan olduğunu bildirsələr də, əməliyyatdan üç gün sonra vəziyyəti yaxşılaşan ana körpəsinin qız olduğunu görüb və bununla bağlı ailəsini məlumatlandırıb. 


Ailə üzvləri öncədən aparılan yoxlanışlarda da körpənin oğlan olacağını bildiklərini və doğumdan sonra xəstəxana əməkdaşlarından onlara bu uşağın oğlan olması barədə məlumatı verildiklərini bildiriblər. 

Sədiqə Məmmədovanın atası Vüqar Musayev isə hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyinə məlumat verdiyini deyib.

Xəstəxananın baş direktoru Aleksandre Baravkov isə Baku TV-yə müsahibəsində məhkəmə qərarı ilə uşağın bu ailənin olub-olmadığını təsdiqləmək üçün analiz götürüləcəyini bildirib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO