Azərbaycan Şuşa şəhərində genişmiqyaslı tikinti aparır.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı "Qraparak" qəzeti yazıb.
“Yollar və tunellərlə yanaşı, yüksək gərginlikli elektrik stansiyası da tikilib. Şuşaya gedən yolda, Sovet dövründə tikilən, Şuşaya enerji verən yarımstansiyadan cəmi bir neçə metr aralıda şəhəri təchiz edən və işıqlandıran yeni bir yarımstansiya inşa edilib.
MÖVZU İLƏ BAĞLI:
Şuşanın yaşıllıq və nəqliyyat sxemi HAZIRLANDI - FOTO
Azərbaycan işıqları ilə möhtəşəm şəkildə işıqlandırılan Şuşa şəhəri hətta Xankəndidən də görünür. Və yolda Rusiya və Azərbaycan sərhəd qoşunları dayanıb.
Ruslar Xankəndinə daxil olan ermənilərin pasportlarını azərbaycanlı hərbçilərin baxışları altında yoxlayırlar” deyə qəzet qeyd edib.
Bizim.Media