Bakı Qarabağda atəşkəs elan edilməsi ilə bağlı 9 Noyabr 2020-ci il tarixli öhdəliklərini yerinə yetirmir.
Bizim.Media xəbər verir ki, bu iddia ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan çərşənbə axşamı Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə çıxış edib.
Erməni nazirin sözlərinə görə, hazırda Cənubi Qafqazda gərginlik qalmaqdadır:
"Bölgəmizdəki sabitlik bizim strategiyamızdır və bu istiqamətdə fəal dialoqa hazırıq, lakin bölgədə kifayət qədər gərgin vəziyyət var”.
Xatırladaq ki, Mirzoyan Moskvaya 30 avqustda gəlib. Rusiyalı həmkarı ilə danışıqları zamanı o, Rusiya-Ermənistan ittifaqının bütün sahələrdə inkişaf etdirməsini hərtərəfli müzakirə edib, hər iki dövlətin MDB, KTMT və AİB-də əməkdaşlıqlarının qurulmasından söz açıb, həmçinin BMT və ATƏT-də mövqelərinin əlaqələndirilməsinə toxunub.
Tərəflər, həmçinin Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində Qarabağla bağlı humanitar məsələləri, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasını nəzərdə tutan razılaşmaların həyata keçirilməsini nəzərdən keçiriblər.
Bizim.Media