Bakı Ali Neft Məktəbinin (BANM) rektoru, Qara Dəniz Universitetləri Şəbəkəsinin üzvü Elmar Qasımovun müraciətləri nəticəsində Amerika Ermənistan Universitetinin rektoru Karin Markides Qara Dəniz Universitetləri Şəbəkəsinə prezident seçilməyib.
Bizim.Media xəbər verir ki, bu barədə BANM-dən məlumat verilib.
Bildirilib ki, bundan başqa, cari ilin oktyabrında Yerevan şəhərində keçirilməsi nəzərdə tutulan Qara Dəniz Universitetlər Şəbəkəsinin Rektorlar Şurasının konfransı da ləğv olunub.
2020-2022-ci illərdə Qara Dəniz Universitetləri Şəbəkəsinə prezidentlik etməsi üçün namizədliyi irəli sürülmüş K.Markides 2019-cu ildə Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizə qanunsuz səfər edib.
E.Qasımov, Azərbaycan qanunvericiliyini pozmaqla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də Qara Dəniz Universitetlər Şəbəkəsinin Nizamnaməsinə hörmətsizlik edən bir şəxsin həmin quruma prezident seçilməsinə etiraz edib.
Rektorun Baş katib, professor Eden Mamuta, eləcə də icraçı şuranın üzvü olan 13 ali məktəbin rektoruna ünvanladığı rəsmi müraciətlər nəticəsində xanım Markidesin sözügedən qurumun prezidenti seçilməsinin və Rektorlar Şurasının konfransının Yerevanda keçirilməsinin qarşısı alınıb.
Qeyd edək ki, Qara Dəniz Universitetləri Şəbəkəsi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının qurumudur.
Hazırda Şəbəkəyə müxtəlif ölkələri təmsil edən 120-dən çoxali təhsil müəssisəsi üzvdür.
Yeni prezident seçkilərinin ləğv edilməsi ilə Şəbəkənin hazırkı prezidenti professor Perikles Mitkasın səlahiyyət müddəti daha 1 il uzadılıb.
Bizim.Media
- A-
- A
- A+
Region
13:19 / 25.11.2020
Rektorun müraciəti əsasında İrəvanda keçiriləcək konfrans ləğv edildi
Hazırda oxunan: Rektorun müraciəti əsasında İrəvanda keçiriləcək konfrans ləğv edildi
Hazırda oxunan: Rektorun müraciəti əsasında İrəvanda keçiriləcək konfrans ləğv edildi
3475
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.