Yeni uzaq mənzilli pilotsuz uçuş aparatı “Bayraktar Akinci” Türkiyə ordusunun silahlandırılmasına daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan bildirib:
"Bu gün biz dünyada ən yaxşı silahlardan biri, ağır “Bayraktar Akinci” pilotsuz uçuş aparatının ordumuzun arsenalına əlavə olunmasını alqışlayırıq.
Bu, bizim müstəqilliyimizin daha bir simvoludur. Türkiyə belə texnologiyalara malik üçüncü aparıcı ölkə oldu.
MÖVZU İLƏ BAĞLI:
Yunanıstanın “Bayraktar” QORXUSU: Üstümüzdən uçsa, kim görəcək?
Biz Türkiyəni pilotsuz qırıcı texnologiyaları sahəsində lider etməyə tam qətiyyətliyik", - Tekirdağda pilotsuz uçuş aparatının təqdimatı mərasimində çıxış edən Ərdoğan deyib.
Türkiyə lideri əlavə edib ki, bu vasitələri 10 il əvvəl Türkiyəyə satmayanlar bu gün Türkiyənin dünya meydanında oyun qaydalarını dəyişdirən PUA-sından danışırlar:
"Biz gücümüzü pilotsuz təyyarələrin istehsalı texnologiyası ilə bütün dünyaya sübut etdik. Türkiyə yalnız (silah-red) idxal edən ölkə olmasını dayandırıb, biz özümüz hazırlamağa və satmağa başladıq. “Akinci”nin gəlişi ilə yeni səviyyəyə çıxırıq".
Bizim.Media