Şuşa necə fəth edildi? - ƏMƏLİYYAT DETALLARI

Şuşa necə fəth edildi? - ƏMƏLİYYAT DETALLARI

Hazırda oxunan: Şuşa necə fəth edildi? - ƏMƏLİYYAT DETALLARI

3455

Kəşfiyyatçı qazimiz Alik Məmmədov Ordumuzun Şuşanı fəth etməsindən yazıb.

Bizim.Media yazını sizin diqqətinizə çatdırır:

Şuşaya qayalarla kanatla qalxdıq. Yarım metr qarda. 14 saat kəşfiyyatdan sonra. 400 nəfər o dağı dırmaşmalı idi.

Bıçaq, tapança, limonka ilə döyüşə gedirdik. Bizi nə gözlədiyini bilirdik. 500 erməni döyüşçüsünün şəhərin biz hücum edən tərəfində olduğu məlumatını əldə eləmişdik.

Ən az məhz bu tərəfdə idi. O biri mövqelərdə ağır artilleriya və canlı qüvvə sayı buradakından azı üç dəfə çox idi.

Çünki onlar bizim qayadan yox, normal yollardan hücum edəcəyimizi gözləyirdilər.

Kimsənin ağlına gətirməyəcəyi sıldırımları dırmaşıb, döyüşə artilleriyasız girəcəyimizi düşünmürdülər. Nəinki onların, heç kəsin ağlına gəlməzdi ki, biz bıçaqla Şuşanı almağı düşünürük.

Generalımızın (Hikmət Mirzəyev) düzgün döyüş tapşırığı, düzgün kordinatları olmasaydı məhv ola bilərdik. Amma hər şey zərgər dədiqliyi ilə ölçülüb biçilmişdi.

Biz qayaları dırmaşıb, əlbəyaxa döyüşə girdik. Dəqiq deyə bilməyəcəm, təxmini desəm, 40-a yaxın erməniyə bıçaq salıb çıxartmışam həmin hücum anı.

Onların arasına düşən panika belə General tərəfindən hesablanmışdı, panika yaranan kimi tapşırıq əsasında hərəmiz dəstə-dəstə əks istiqamətlərdə dağılışdıq. Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar.

Onlar hətta öz əsgərlərinə belə inanmırdılar, yaxınlaşan öz əsgərlərini vururdular. Çünki onların formasında biz də ola bilərdik.

Şuşa döyüşü bizim əzəmətimizi, gücümüzü, əsgərimizin qorxmazlığını onlara göstərdi. Onlar Şuşanı bir il dayanmadan müdafiə edə biləcək sayda silah-sursat və canlı qüvvə ilə təmin eləmişdilər.

Şuşa şəhidlərimizin qanı bahasına, kişiliyi, qorxmazlığı bahasına bir neçə saatda alındı. Hətta videolar da yayılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO