Ermənistanın de-fakto rəhbərliyi Gorus-Qafan yolunun itirilməsi ilə barışıb.
Bizim.Media xəbər verir ki, bu fikirləri türkoloq, tarix elmləri namizədi Varujan Qeqamyan özünün Facebook səhifəsində yazıb.
"Təslimçinin (Paşinyan nəzərdə tutulur) başçılıq etdiyi Ermənistan Respublikasının de-fakto hakimiyyəti Gorus-Qafan yolunun itirilməsi ilə barışıb və Ermənistanın nəzarətinə keçmək üçün heç bir real addım atmır. Bunu Qaragöl və Basarkeçərin Zərkəndindəki vəziyyətlə bağlı bir daha sübut etdik.
Əminliklə söyləmək olar ki, Azərbaycan yeni infrastruktur və ərazilər hesabına Zəngəzurdakı varlığını daha da dərinləşdirəcək, çünki əmin oldum ki, Ermənistan tərəfdən buna heç bir müqavimət göstərilməyəcək.
Hətta fevral ayı təxminlərimizə görə, bu hakimiyyət saxlanılsa, Zəngəzurun türkləşməsi 5-7 il çəkərdi. Yanıldıq, Zəngəzurun fəthi daha sürətli olacaq. Nə etməli? Bu sualın cavabı çox sadədir: faktiki olaraq türkpərəst hökuməti sıradan çıxarmaq lazımdır”, deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
16:40 / 27.08.2021
“Paşinyan Gorus-Qafan yolunun itirilməsi ilə barışıb” – Erməni türkoloq
Hazırda oxunan: “Paşinyan Gorus-Qafan yolunun itirilməsi ilə barışıb” – Erməni türkoloq
Hazırda oxunan: “Paşinyan Gorus-Qafan yolunun itirilməsi ilə barışıb” – Erməni türkoloq
0:00
0:00
34487
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.