Talibana qarşı müqavimətin son qalası olan Pənçşirin müdafiəçiləri qruplaşmanın təslim olma tələbini rədd ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə müqavimətçi qüvvələrin lideri Əhməd Məsud “əl-ərəbiyyə” kanalına verdiyi müsahibədə məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Bir həftədə Əfqanıstandan 17 min nəfər təxliyə EDİLDİ
Xatırladaq ki, Məsud daha əvvəl Talibanla birlikdə hökumət qurmağa razı olduqlarını dilə gətirmişdi. Lakin taliblər buna cavab olaraq Pənçşir üsyançılarını təslim olmağa çağırmışdı.
Qeyd edilməli olan digər bir məqam isə, Əfqanıstanın keçmiş vitse-Prezidenti Rəşid Dostum və Talibana təslim olmaqdan imtina edən minlərlərə döyüşçünün Pənçşirə gələrək qruplaşmanın hakimiyyətinə qarşı mübarizəni davam etdirməsidir.
Bizim.Media