Rusiya Ermənistanı silahlandırmağa davam edir – İRƏVANDAN ETİRAF 

Rusiya Ermənistanı silahlandırmağa davam edir – İRƏVANDAN ETİRAF 

Hazırda oxunan: Rusiya Ermənistanı silahlandırmağa davam edir – İRƏVANDAN ETİRAF 

33776

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Artak Davtyan ölkəsinə Rusiya silahlarının tədarükü məsələsinə münasibət bildirib. 

Bizim.Media “armeniasputnik.am”-a istinadən xəbər verir ki, Ermənistanın Baş Qərargah rəisi Rusiyadan əldə edilən silahların vaxtı gəldikdə ictimaiyyətə nümayiş etdiriləcəyini bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

İrəvandan böhran etirafı – Paşinyanın çıxış yolları tükənir


Davtyan açıqlamasında "Aktiv işlər davam edir. Düşünürəm ki, yeri gələndə bu əməkdaşlıq çərçivəsində alınan və əldə edilən silahları sizlərə göstərəcəyik.

Hazırda hesabat verilməsi məsləhət görülməyən bir çox sursatımız var", - deyə qeyd edib.

Xatırladaq ki, avqustun 11-də Rusiya müdafiə naziri Sergey Şoyqu erməni həmkarı Arşak Karapetyana "Ermənistana silah tədarükü prosesinin başladığını" söyləyərək xəncər hədiyyə edib.

Daha sonra 20 avqustda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə etiraf edib ki, 44 günlük müharibədən sonra Rusiya Ermənistana silah tədarükünü davam etdirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO