Rusiya sülhməramlısı və 4 erməni minaya düşdü

Rusiya sülhməramlısı və 4 erməni minaya düşdü

Hazırda oxunan: Rusiya sülhməramlısı və 4 erməni minaya düşdü

3344

Rusiya sülhməramlılarının zabiti və 4 erməni FHN əməkdaşı Qarabağda minaya düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə Suqovuşan kəndi ərazisində baş verib.

Belə ki, bir qrup Rusiya sülhməramlısı və Azərbaycan Silahlı Qüvvələri, erməni FHN əməkdaşları və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri döyüşdə həlak olanların cəsədlərinin axtarışlarını apararkən minaya düşüblər.

Hadisə nəticəsində Rusiyanın bir sülhməramlı zabiti, dörd erməni FHN əməkdaşı yaralanıb, bir Azərbaycan hərbçisi şəhid olub. 

Yaralı rus zabit Bakıya xəstəxanaya gətirilib. Onun həyatı üçün təhlükə olmadığı bildirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO