Erməni hərbçi xidmət yoldaşlarını qətlə yetirdi - TƏFƏRRÜATLAR

Erməni hərbçi xidmət yoldaşlarını qətlə yetirdi - TƏFƏRRÜATLAR

Hazırda oxunan: Erməni hərbçi xidmət yoldaşlarını qətlə yetirdi - TƏFƏRRÜATLAR

33419

Ermənistanda üç xidmət yoldaşını qətlə yetirməkdə şübhəli bilinən hərbçi saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb. 

Cümə axşamı yerli vaxtla 01:30-da hərbi hissələrdən birinin müdafiə bölgəsinin döyüş postunda güllələnən üç əsgərin meyiti tapılıb.
 

Axşam saat 17:40 radələrində isə onlarla çiyin-çiyinə qulluq edən hərbçi saxlanılıb. O, qəsdən adam öldürməkdə ittiham olunur. 


Ermənistanın İstintaq Komitəsi Cinayət Məcəlləsinin 104-cü maddəsinin 2-ci hissəsinin 1-ci bəndi ilə cinayət işi açıb. 

Cinayət işinin ibtidai istintaqı davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO