Kriminal avtoritet və onun qrupunun üzvü adam oğurlamaqda şübhəli bilinərək axtarışa verilib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti yayıb.
Araşdırmalara görə, İran vətəndaşı kriminal avtoritetə İrəvan sakininə verdiyi borcu geri qaytarmaq üçün müraciət edib.
Məlumata görə, 18 yanvar 2021-ci ildə borc götürən kişi gözləri bağlanaraq şəxsi evlərdən birinə aparılıb.
Orada bir neçə nəfər onu döyüb və 10 min dollar verməsi tələb edilib. Axşam onu İrəvana qaytarıblar. Bir neçə gün sonra həmin adam tam məbləği ödəyib.
Hazırda kriminal avtoritet axtarışa verilib. Onun qiyabi həbs olunduğu deyilir.
Bizim.Media
- A-
- A
- A+
Region
11:49 / 19.08.2021
İrəvan sakinini qaçıran kriminal avtoritet axtarışa verildi
Hazırda oxunan: İrəvan sakinini qaçıran kriminal avtoritet axtarışa verildi
Hazırda oxunan: İrəvan sakinini qaçıran kriminal avtoritet axtarışa verildi
33331
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.