“Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Movses Akopyan məhkəmədə müharibə faktlarını təqdim etsə, Paşinyan hakimiyyəti bərk qorxuya düşəcək. Onların fikrincə, belə informasiya ölkədə çətin vəziyyət yarada bilər”.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Joxovurd" qəzeti yazıb.
MÖVZU İLƏ BAĞLI:
“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır” – Paşinyandan yalnız bu bəyanat gözlənilir
Mənbə bildirir ki, hakimiyyət Movses Akopyanın cinayət işi ilə kifayətlənməyəcək, artıq məhkəmə iclasının bağlı qapılar arxasında keçirilməsi haqda əmr var.
Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti Akopyana müharibənin gedişi zamanı dövlət sirrini yaydığına görə cinayət işi açıb.
Bizim.Media