Pakistanın Əfqanıstanla sərhədində yerləşən “Torham” nəzarət-keçid məntəqəsi yenidən fəaliyyətə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Dawn” yayıb.
Bildirilir ki, sözügedən bu nəzarət-keçid məntəqəsi avqustun 15-i “Taliban” hərəkatının öz tərəfindən məntəqəyə nəzarəti ələ keçirməsindən sonra bağlanmışdı.
MÖVZU İLƏ BAĞLI:
“Əfqanıstan iqtisadiyyatı inkişaf dövrünü yaşayırdı” – Tənəzzül başlanır?
Məlumata əsasən, insan və avtomobillərin gediş-gəlişi üçün nəzərdə tutulan bu keçid məntəqəsi açıldıqdan sonra məntəqədən hər iki istiqamət üzrə ümumi 750-dən çox yük maşını keçib.
Qeyd edək ki, “Torham” nəzarət-keçid məntəqəsi iki ölkə sərhədində yerləşən ən böyük və əsas məntəqə hesab olunur.
Bizim.Media