Ermənilər Şuşanın Sarıbaba kəndini tərk etdilər - DETALLAR

Ermənilər Şuşanın Sarıbaba kəndini tərk etdilər - DETALLAR

Hazırda oxunan: Ermənilər Şuşanın Sarıbaba kəndini tərk etdilər - DETALLAR

33167

Qarabağda qondarma rejimin “hərbçiləri” bir neçə gün əvvəl Şuşa rayonunun Sarıbaba (Yextsahoq) kəndini tərk ediblər. 

Bizim.Media xəbər verir ki, bu barədə kəndin başçısı Artak Akopyan news.am-a müsahibəsində bildirib.

"Kənd müdafiəsiz qaldı. Azərbaycanlıların 3 km geri çəkilməsi üçün əsgərlərimizin mövqelərini tərk etməsi barədə şayiələr dolaşır. Ancaq onlar geri çəkilmir”, deyə Akopyan qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Susuzluqdan əziyyət çəkən ermənilər sudan zəhərləndi


Onun sözlərinə görə, müəyyən müddət ərzində rus sülhməramlıları kəndi qorumaq üçün gəliblər, lakin sonra ayrılıblar və bir daha geri qayıtmayıblar.

Xatırladaq ki, adı çəkilən kənd (1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib) Şuşa-Laçın yolunun sağında yerləşir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO