Türkiyədə vətəndaşların yeni növ koronavirus infeksiyasına qarşı vaksinasiyası pulsuz olacaq.
Bizim.Media “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
O, Çinin peyvənd istehsal edən “Sinovac” şirkəti ilə danışıqların başa çatdığını söyləyib.
Nazir deyib ki, ilk mərhələdə 10 milyon doza vaksin sifariş edilib.
İlkin olaraq tibb işçiləri və xroniki xəstəlikləri olanlar peyvənd ediləcək.
F. Qoca Türkiyədə yerli peyvəndin sınaqlarının uğurlu olduğunu da vurğulayıb.
O qeyd edib ki, koronavirusla mübarizə çərçivəsində xəstələr üçün “Favipiravir” dərman vasitəsi daha effektivdir.
Bu dərman vasitəsinin Türkiyədə istehsalı üçün 4 firmaya icazə verilib.
Bizim.Media
- A-
- A
- A+
Region
11:07 / 23.11.2020
Türkiyədə koronavirusa qarşı vaksinasiya pulsuz olacaq
Hazırda oxunan: Türkiyədə koronavirusa qarşı vaksinasiya pulsuz olacaq
Hazırda oxunan: Türkiyədə koronavirusa qarşı vaksinasiya pulsuz olacaq
3297
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.