Rusiya mina əməliyyatları üçün Qarabağa heyət göndərdi

Rusiya mina əməliyyatları üçün Qarabağa heyət göndərdi

Hazırda oxunan: Rusiya mina əməliyyatları üçün Qarabağa heyət göndərdi

3296

Beynəlxalq Mina Əməliyyat Mərkəzinin bölmələrinin mütəxəssisləri Qarabağa gələcəklər.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib  ki, Çkalovski hava limanından Rusiyanın Aerokosmik Qüvvələrinin Hərbi Nəqliyyat Aviasiya təyyarələri vasitəsilə əməliyyat zonasında tapşırıqları yerinə yetirmək üçün Beynəlxalq Minalardan Təmizləmə Mərkəzinin mütəxəssisləri, texnika və silahları, eləcə də xidmət itləri yola salınıb.

Ermənistan mətbuatı artıq  ​​İrəvan  aerodromuna  100-dən çox hərbi qulluqçu, "Uran-6" robot minalardan təmizləmə kompleksləri, zirehli personal daşıyıcıları və zirehli maşınlar da daxil olmaqla 13 hərbi və xüsusi texnikanın  gətirildiyini xəbər veriblər.

Qeyd edilib ki, heyət  İrəvan - Goris - Xankəndi marşrutu ilə irəliləyəcək.

Təyinat yerinə çatdıqdan sonra mütəxəssislər partlayıcı obyektlərin mühəndis kəşfiyyatı, minalardan təmizlənməsi və məhv edilməsi üçün tapşırıqları yerinə yetirməyə başlayacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO