Paşinyan cangüdənlərinin sayını artırdı - VİDEO

Paşinyan cangüdənlərinin sayını artırdı - VİDEO

Hazırda oxunan: Paşinyan cangüdənlərinin sayını artırdı - VİDEO

3294

Ermənistanın baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan ötən gün İçmədzin kilsəsində təşkil olunan mərasimə xeyli sayda mühafizəçi ilə gedib.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, baş nazirin bu addımı yerli mətbuatda geniş işıqlandırılıb.

Onun gözlənilmədən mühafizəçilərinin sayının artırması böyük müzakirələrə səbəb olub. 

Paşiniyanın çevrəsində üç halqa boyunca heç kimi yaxın buraxmırlar.

Yerli KİV-in verdiyi məlumata görə, baş nazir kilsəyə daxil olan kimi onun qapıları da bağlanıb.

Qeyd edək ki, Ermənistan müxalifəti artıq bir neçə gündür ki, etiraz aksiyaları keçirərək, baş nazir Nikol Paşinyanın istefasını tələb edir.

Bəzi radikal qüvvələr onun mərkəzi meydanda infazına qədər təkliflərlə çıxış edirlər.

Vüsalə Balayeva, Bizim.Media

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO