Minskdəki etirazlarda 200-dən çox şəxs saxlanılıb

Minskdəki etirazlarda 200-dən çox şəxs saxlanılıb

Hazırda oxunan: Minskdəki etirazlarda 200-dən çox şəxs saxlanılıb

3286

Belarusun paytaxtı Minskdə polis etiraz aksiyaları zamanı saxlanılanların sayını açıqlayıb.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

Qeyd edilib ki, kütləvi tədbirlər haqqında qanunun pozduğuna görə 200-dən çox adam nəzarətə alınıb.

Paytaxt polisi saxlanılanlarla bağlı qanun çərçivəsində araşdırmalara başlayıb.

“İcazəsiz aksiya iştirakçılarına dəfələrlə qanunsuz hərəkətlərin yolverilməzliyi barədə xəbərdarlıq edilib, bundan sonra aksiyanın ən fəal üzvləri saxlanılıb”, - deyə Minsk Şəhər İcraiyyə Komitəsinin Dövlət Daxili İşlər İdarəsinin mətbuat xidməti bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO