Türkiyənin sel fəlakəti nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamentindən (AFAD) bildirilib.
Ölənlərin 52-si Kastamonu, doqquzu Sinop, biri isə Bartın sakinidir.
Bizim.Media
***
Türkiyənin Kasatamonu şəhərində sel fəlakətində ölən daha bir nəfərin cəsədi aşkarlanıb.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə sel qurbanlarının sayı artdı
Məlumata görə, Kastamonuda 49, Sinopta 9, Bartında isə bir nəfər olmaqla ümumilikdə 59 nəfər selin qurbanı olub.
8 yaralı xəstəxanada müalicəsini davam etdirir.
Bizim.Media