Azərbaycanlı əsirlərlə bağlı BQXK ilə müzakirə aparılıb

Azərbaycanlı əsirlərlə bağlı BQXK ilə müzakirə aparılıb

Hazırda oxunan: Azərbaycanlı əsirlərlə bağlı BQXK ilə müzakirə aparılıb

3276

Bu gün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Bauer ilə video konfrans vasitəsilə görüş keçirib.

Ombudsman Aparatından Bizim.Media-ya daxil olan məlumata görə, görüşdə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş Azərbaycan hərbi qulluqçularına münasibətdə pis rəftar və işgəncə faktlarını, real çəkiliş əsasında sosial mediyada yayılan məlumatlar Ombudsman tərəfindən xanım Bauerin diqqətinə çatdırıb.

Qeyd olunub ki, həmin videolarda yer alan hərbi əsirlərin taleyi ilə bağlı təəssüflər olsun ki, hər-hansı bir məlumat almaq mümkün olmayıb.

Ombudsman Səbinə Əliyeva tərəfindən görüşdə əsir düşmüş iki hərbi qulluqçuumuzun ailə üzvlərinin də iştirakı təmin edilib. Onlar əsirlikdə olan övladlarının hüquqlarının təmin edilməsi və ölkəyə qaytarılması ilə bağlı müraciələtini Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Bauerə çatdırıblar.

Ombudsman qeyd edib ki, Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı məsələ ilk gündən onun diqqət mərkəzindədir və bununla bağlı aidiyyəti beynəlxalq qurumlara ardıcıl müraciətlər ünvanlayıb.

Xanım Bauer görüşdə qaldırılan məsələlər ilə bağlı mandatı çərçivəsində lazımi addımları atacağını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO