Ermənistanda milli azlıqların hüquqlarının pozulması ilə bağlı BMT-dən ÇAĞIRIŞ 

Ermənistanda milli azlıqların hüquqlarının pozulması ilə bağlı BMT-dən ÇAĞIRIŞ 

Hazırda oxunan: Ermənistanda milli azlıqların hüquqlarının pozulması ilə bağlı BMT-dən ÇAĞIRIŞ 

32523

“Ermənistan insan hüquqları müdafiəçisi, Yezidi İnsan Hüquqları Mərkəzinin təsisçisi, milli azlıqların hüquqlarını müdafiə etdiyinə görə cinayət təqibi ilə üzləşən Saşik Sultanyana qarşı hədə-qorxulara son qoymalıdır”. 

Bizim.Media xəbər verir ki, bu barədə BMT İnsan Hüquqları Ali Komissarı Ofisinin (OHCHR) saytında yerləşdirilən açıqlamada bildirilib. 

Vurğulanıb ki, S.Sultanyan ötən il verdiyi müsahibəyə görə nifrət və zorakılığı qızışdırmaq maddəsilə ittihamlara tuş gəlib.
 

O, Ermənistanda milli azlıqlar mövzusunu qabartdığı, o cümlədən ölkə ərazisində XIX əsrin sonu - XX əsrin əvvəllərindən məskunlaşmış yezidi kürdlərin hüquqlarını müdafiə etdiyi üçün hədəfə götürülüb. 


“Biz Ermənistanı Sultanyanı və milli azlıqların hüquqları uğrunda çıxış edən digərlərini qorxutmaq üçün tərtib olunduğu güman edilən bu cinayət ittihamlarına xitam etməyə çağırırıq. Bunlar başqa, hüquq müdafiəçilərinin, xüsusilə gənclərin bu işdən əlini soyuda bilər”, - açıqlamada qeyd olunub. 

Diqqətə çatdırılıb ki, S.Sultanyan fəaliyyətində ifadə azadlığı kimi beynəlxalq hüquqi normaya söykənib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO